Azərbaycanlı müğənni Zeynəb Muradi maraqlı müsahibəsi ilə yenidən gündəmə gəlib.
Mir.az gənc müğənni Zeynəb Muradi ilə müsahibəni təqdim edir:
- Yaradıcılığınızda nə yeniliklər var?
- Pərəstişkarlarımı çox gözəl, çox ecazkar, insanları sözün əsl mənasında ehtiraslı vahiməyə salan qeyri-adi kliplər, fotosessiyalar gözləyir. Klip çəkilişlərimdən sonra isə açıq havada konsert verməyi planlaşdırıram. Hazırda 4 mahnı üzərində işlər yekunlaşıb. O mahnılardan biri Türkiyə oranjiman olunub. Bacardığım qədər, peşəkar şəxslərlə çalışıram ki, həm mahnı, həm də klipim çoxyüksək səviyyədə olsun. Fərid Kərimli, Rəşad Bağırov, İsmayıl Dadaşov, Ruslan Səfəroğlu kimi işinin peşəkarı olan şəxslərlə çalışıram. Sentyabra kimi 4 mahnıma da klip çəkilib hazırlanacaq və həmin 4 mahnının təqdimat mərasimi də elə eyni gündə baş tutacaq.
- Sosial şəbəkələrdəki hesabınızdan klip çəkimi vaxtı və istirahət məkanlarından fotolarınızı paylaşırsınız. Ümumiyyətlə sosial şəbəkələrdə pərəstişkarlarınızın fotolarınıza münasibəti necədir?
- Əlbəttə ki, həmin şəxsləri çox gözəl anlayıram. Çünki insanlar bir-birindən fərqli düşüncələrdədir. Hər birinsanın özünəməxsus düşüncə tərzi olmaqla yanaşı, özünəməxsus dünyagörüş səviyyəsidə var. Məhz buna görə də, sosial şəbəkələrdə mənim fotolarıma münasibət bildirən şəxslərin fikirlərini normal və hörmətlə qarşılayıram. Amma buna baxmayaraq cəsarətli və riskli addımları sevirəm. Bu təkcə o demək deyil ki, açıq-saçıq şəkillər olmalıdır. Məsələn mən çox təhlükəli və adrenalin dolu yerlərdə fotosessiyalar etmək fikrindəyəm ki, o fotolarla təkcə geyimimlə yox məkanın möcüzəvi görüntüsü ilə də hər kəsi heyrətləndirməyi planlaşdırıram.
- Şou-biznesdə sizə əngəl ola biləcək nəsə varmı və yaxud daha dəqiq versəm sualıkimisə özünüzə ciddi rəqib kimi görürsünüzmü?
- Artıq 2 ildir ki, sənətdəyəm. Açığı heç kəsi özümə rəqib olaraq görmürəm. Mən Zeynəbəm. Hər kəsin özünəməxsus xüsusiyyətləri var. Düzdür, sənətinə hörmətlə yanaşdığım müğənnilər çoxdur. Amma buna baxmayaraq Azərbaycan şou-biznesində mənərəqib ola biləcək kimsə görmürəm. Çünki, mənim bu 2 il içərisində etdiklərimişou-biznesdə çoxları etməyib. Mənim həyata keçirdiyim və planlarımda olan cəsarətli addımları heç kəs etməyib və mənim fikrimcə də o planlardakı bir çox şeyi Azərbaycanda heç kəs edə bilməz.
- Sənətinizdə irəli getmək üçün nələri gözə alırsınız? Açıq danışsaq daha çox açıq-saçıq fotolarınızla diqqət mərkəzindəsiniz.Bir çox şəxs bu cür geyimli şou nümayəndələrini qəbul etmirlər. Bəs siz özünüz necə düşünürsünüz, şou biznesdə irəli getmək üçün açıq-saçıq geyinmək vacibdir yoxsa ecazkar səs?
- Mən hərtərəfli özümə güvənirəm. Mənim bədənimdə və yaxud səsimdə hər hansısa bir qüsurum yoxdur. Fotosessiyalarda çəkdirdiyim fotolara özümdə diqqətlə baxıram və açığı öz bədənimdə bir qüsurlu nöqtə görmürəm. Belə olan halda da, mənim fikrimcə istər gözəlliyim, istərsə də səsimə görə çox yüksəklərdə olacağıma inanıram.
- Olubmu ki, hansısa həmkarınız gündəmdə qalmaq üçün sizə süni qalmaqal təklif etsin?
- Əlbəttə olub.
- Ad çəkə bilərsinizmi?
- Üzr istəyirəm amma ad çəkə bilməyəcəm.
- Bizim üçün hansı eksklüziv etirafınız olacaq?
- Özəl həyatımla bağlı etirafım odur ki, bir çoxları məni subay bilirlər. Amma mən evliyəm və bir övladım var. Daha dəqiq desəm bir oğlum var. Bu evliyim də qanuni bir evlilikdir. Açığı istəmirəm kimsə məni yanlış anlasın. Mən bu sənətə məhz ailəmin və həyat yoldaşımız razılığı ilə gəlmişəm. Evli olsam da, tam soyunmağa hazıram