“Azərbaycanın müstəqilliyindən vacib heç nə yoxdur”
Prezidentin vurğuladığı kimi xalqın maraqları hər şeydən üstün olmalıdır. Ondan üstün heç nə ola bilməz. Cənab prezident xalqın elçisi, xalq tərəfindən seçilən bir insandır. Hökumətdəkilər isə hamısı təyin edilən şəxslərdir.
Xalqın etimadını qazanan adamın verdiyi tapşırıqlar, göstərdiyi istiqamətlər müzakirə olunmayan məsələlərdəndir. Artıq ölkə başçısı tapşırıqlarını verib, siyasi mövqeyini ortaya qoyub. Bu mövqe xalqın fikrinə əsaslanaraq ortaya qoyulub və verilən tapşırıqların da hamısı məmurlar tərəfindən vicdanla, insafla, xalqı nəzərə alaraq dərhal icra olunmalıdır.
Prezidentin tapşırıqlarını yerinə yetirməyənlər bilməlidirlər ki, əks təqdirdə buna görə qanunayğun şəkildə cavab verməli olacaqlar.
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin komitə sədri Fuad Muradov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında səsləndirdiyi fikirlər və qoyduğu tapşırıqlara münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, prezident hər zaman olduğu kimi bu dəfə də insanları, cəmiyyəti narahat edən məsələləri, hökumətin görməli olduğu işləri sıraladı və bu sahədə hökumət üzvlərinin hansı addımları atmalı olduğunu, istiqamətləri çox dəqiq göstərdi.
F.Muradovun fikrincə, bunlardan biri yeni iş yerlərinin açılması ilə bağlıdır:
"Cənab prezident son illər neft gəlirlərini düzgün istiqamətləndirərək yeni iş yerlərinin açılması məqsədilə ciddi proqramlar imzalayıb. Azərbaycanda kifayət qədər dövlət qurumu var ki, bu illər ərzində neft gəlirlərindən bəhrələnərək müəyyən işlər görüblər. Bu, eyni zamanda yeni iş yerlərinin də açılmasına stimul olub.
Konkret ad çəkmək istəmirəm, amma indi bizə məlumatlar gəlir ki, təəssüflər olsun ki, bəzi dövlət qurumları bu illər ərzində dövlətdən çox böyük dotasiyalar, zəmanətlər alaraq, müxtəlif beynəlxalq maliyyə qurumlarından, eyni zamanda dövlət büdcəsindən, infrastruktur layihələrdən bəhrələnib, fürsətdən istifadə edərək sıravi işçilərin ixtisarına başlayıblar. Axı cənab prezident çox açıq şəkildə bəyan etdi ki, hökumət bu gün sosial baxımdan zəif təbəqəni qorumalıdır.
Ona görə də mən həmin dövlət qurumlarını cənab prezidentin göstərdiyi istiqaməti dərindən təhlil etməyə çağırıram. Dövlət qurumlarında gedən bu ixtisarlar, əsasən, fəhlə təbəqəsinə, sosial təminatı aşağı olan təbəqəyə təsir edir. Ona görə də bunun qarşısı alınmalıdır”.
Komitə sədrinin sözlərinə görə, bəzi insanlar, hətta ola bilsin ki, qruplar bu şəraitdən sui-istifadə edərək öz məqsədlərinə nail olmaq üçün müəyyən dividentlər qazanmaq istəyirlər:
"Burada siyasi divident də ola bilər, başqa şeylər də ola bilər. Amma Azərbaycan xalqı birmənalı olaraq bilir ki, bu gün dövlət başçısı bütün lazımi addımları atır və lazımi tapşırıqları verir, hökumət üzvləri də gündəlik olaraq bu məsələlələrin həlli ilə məşğuldur.
Yəni burada uzun müddətdir həm yeni iş yerlərinin açılması, həm də bundan əvvəl açılmış iş yerlərinin saxlanması barədə danışılan islahatlar başlayıb. Fikrimcə, bu məsələlərə ciddi nəzarət olmalıdır".
Onun fikrincə, bu məsələdə əhali də aktiv olmalıdır:
"Əhali də öz dəstəyini göstərməlidir. Cənab prezident dəfələrlə bildirib ki, ictimai nəzarət çox güclü olmalıdır. Cəmiyyət hər hansı nöqsan və ya qanunsuzluqla bağlı dərhal reaksiya verməlidir. Biz də millət vəkili olaraq bu istiqamətdə öz işimizi görməli, fikirlərimizi bildirməliyik.
Dövlət Azərbaycanda bu günədək olan sosial rifah, yüksəlişi qoruyub saxlamaq marağındadır və bununla bağlı işlər də görülür. Sadəcə olaraq, dünyada gedən ümumi proseslər, neftin qiyməti ilə bağlı məsələlər, bəzi siyasi oyunlar və konyuktur yanaşmalar öz təsirini göstərir. Amma vəziyyət o dərəcə deyil ki, təşvişə səbəb olsun.
Buna lüzum və səbəb yoxdur. Təəssüf ki, bu, bəzi qruplar tərəfindən camaatı çaşdırmaq məqsədi güdür. Əminəm ki, bu istiqamətdə dövlət başçısının hüquq-mühafizə orqanları qarşısında qoyduğu tapşırıqlar öz nəticəsini verəcək.
Xüsusən regionlarda icra hakimiyyətləri anlamalıdırlar ki, indi hər birimiz hansısa şəxsi maraqlarımızı yox, cəmiyyət olaraq birlikdə vəziyyətdən çıxmaq və dövlətçiliyimizi qorumaq barədə düşünməliyik. Azərbaycanın müstəqilliyindən vacib heç nə yoxdur. Bu müstəqilliyin qorunması isə cənab prezidentin qoyduğu tapşırıqların icrasından, görülən işlərdən asılıdır".