Deyerler.org Xəyalə Quliyevanın yazısını təqdim edir
Bakı şəhərində bir neçə gün bundan əvvəl, qap-qapı gəzib, "Məktəbə yardım üçün" pul yığırmışlar. Ümumiyyətlə, "Məktəb" teması çox həssas və ülvi məsələdir. Məsələn, kiməsə desən ki, Jek-ə və ya bələdiyyəyə yardım üçün pul yığırıq, heç kəs əlini cibinə salmaz və üstəlik əlləri ilə ciblərini bərk-bərk tutub, oradan bacardıqca sürətlə uzaqlaşar və arxaya da baxmaz. Amma məktəb anlayışı tamamilə fərqlidir. Məktəb hər bir normal insanın uşaqlıq xatirələrinin əsas koordinat noqtəsidir. Məktəb hər bir normal valideyinin övladı ilə bağlı həssasiyyətinin bir hissəsidir.
Düzü, hələ naməlumdur, o pulu kim və nə üçün yığır. Məktəbə yardım adıyla yığılan bu pulların, qapı-qapı düşüb, həqiqətən də məktəb üçünmü və yaxud öz şəxsi mənafeləri üçün yığdıqlarını heç kəs dəqiq bilmir. Amma yəqin ki, bu pul, ünvanlandığı yer üçün nəzərdə tutulmayıb. Axı kim və nə üçün məktəbə yardım pulu yığsın? Məktəblər dövlət büdcəsindən maliyyələşən təşkilatlardır və təkcə 2016-cı il üçün dövlət büdcəsindən elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün 5 milyard 139 milyon vəsait ayrılacaq. Bu qədər maliyyə vəsaiti ayrılan bir ölkənin məktəbi üçün kim və niyə, qapı-qapı düşüb yardım yığsın ki?
Ümumiyyətlə, bu pul yığmaq məsələsi bizdə çox vaxt özünün hədəqəsindən tam çıxır. Məsələn, birinin uzun illər övladı olmur. Nəzir edir ki, övladım olsun, qapı-qapı düşüb dilənəcəm. Axı niyə məhz dilənmək?! Bəlkə, nəzir edəydi ki, qapı-qapı düşüb ehsan paylayacağam?! Və ya qapı-qapı gəzib, camaatın evini, həyətini süpürəcəm və s.
Özü də bu pulu elə təkidlə istəyirlər ki, elə bil, bunlar deyil, biz nəzir etmişik və mütləq bu pulu verməliyik. Axı bundan bizə nə? Niyə mən sənə, öz uşaqlarımın boğazından kəsib, pul verməliyəm? Hətta böyük müşküllərdə də camaat niyyət və nəzir edərkən çox vaxt öz mənfəətini düşünür.
Ümumiyyətlə, dilənçilik peşəsi, çox böyük şəbəkələşmiş və ciddi bir təşkilatdır. Bu sahə ilə əlaqədar hətta bir çox filmlər də çəkilib. Çox vaxtı bizim küçədə gördüyümüz əldən, ayaqdan, gözdən əlil insanlar elə bu şəbəkə tərəfindən lap uşaqlıqdan oğurlanırlar və şikəst edilərək, diləndirilirlər. Metro stansiyaların birinin çıxışında gözdən əlil, dilənçi bir oğlan var, düz yolun ortasında dayanıb, bərkdən, iki gözdən əlil olduğunu deyərək, oradan keçənlərin diqqətini cəlb edir. O gün, təsadüfən gördüm ki, bu qışqıran əvvəlki qışqıran deyil, başqa adamdır. Amma bu da sələfi kimi iki gözdən əlildir, səs eyni, diapazon eyni, tonallıq eyni. Və yəqin ki, müəllim də eyni. Özü də onun yeri, nə bir metr o yana, nə də bu yana - məhz əvvəlkinin "piştaxta"sındadır. Lap tutaq ki, bu dilənçi heç o birini tanımır, bəs necə olur ki, məhz o biri gəlməyəndə və məhz onun yerində? Haradan bilib ki, o biri gəlməyəcək və s.
Və ya hər Ramazan ayı və Məhərrəm-Səfər əyyamında binaların həyətlərində uca və məlahətli səslə ağı deyən qaraçılar. Əbülfəzl Abbas ağanı (ə) çağıra-çağıra, pul yığan bu insanlar, əslində əqidə baxımından qeyri-müsəlmandırlar. Buna baxmayaraq, hər il Fitr bayramlarında, camaat hələ bayram namazını qılmamış, gəlib, böyük bir istedadla cammatın fitrə pulunu aparırlar. Heç sonradan səsi də çıxmır...
Deməyim odur ki, məktəbə yardım pulu yığanlar, siz əlinizi nahaq yerə bulaşdırırsınız, çalışın bu işi peşəkarlara tapşırın...