Əhali çaşqınlıq içindədir
Bu gecə dünyanın bir çox ölkələrində yay vaxtına keçid baş tutub və saatların əqrəbləri bir saat irəli çəkilib.
Yay vaxtına keçidin ləğv olunduğu Azərbaycanda isə mobil qurğular, kompüter və smartfonlarda saatların avtomatik olaraq 1 saat irəli çəkilməsi əhalidə çaşqınlıq yaradıb.
Belə ki, sosial şəbəkə istifadəçilərin bu gün səhər saatlarından ən çox yazdıqları statuslar məhz saatın neçə olması ilə bağlıdır.
Məsələ ilə bağlı qeyd etmək istərdik ki, ölkədə olan dəqiq vaxtı tapmaq üçün mobil telefonlarda saat qurşağı bölməsində GMT +4 zolağında yerləşən istənilən şəhəri (Dubay, Tbilisi) seçmək və həmin şəhərdəki saat üzrə uyğunlaşmanı yerinə yetirmək olar.
Bu zaman siz dəqiq vaxtı öyrənmiş olacaqsınız.