Azərbaycanda boşananların sayı açıqlandı – STATİSTİKA

Azərbaycanda boşananların sayı açıqlandı – STATİSTİKA 2018-ci ilin on ayında qeydiyyat şöbələri tərəfindən 50 min 882 nikah və 12 min 396 boşanma halları qeydə alınıb.

Beləliklə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.

Başqa cür ifadə etsək, təxminən hər 4 evlənəndən biri boşanıb.

Dövlət Statistika Komitəsi məlumatına görə, ölkədə 48186 ölüm halı qeydə alınıb və ölüm səviyyəsi əhalinin hər 1000 nəfərinə 5,9 təşkil edib.

Bu ilin yanvar-oktyabr aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2826 nəfər gələn, Azərbaycandan isə 1360 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 1466 nəfər təşkil edib.

Oxşar xəbərlər