Zəngin mənəviyyata malik, əsl ziyalı ömrü sürən akademik Zərifə Əliyeva Azərbaycanda Tibb elminin inkişafında böyük töhfələr vermişdir

Zəngin mənəviyyata malik, əsl ziyalı ömrü sürən akademik Zərifə Əliyeva Azərbaycanda Tibb elminin inkişafında böyük töhfələr vermişdir
Həyatda Tanrı tərəfindən seçilmiş elə şəxslər var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanır, bu dünya ilə vidalaşandan sonra isə tarixdə özünə əbədi, şərəfli ad qoyur. Öz adını tarixin səhifələrində əbədiləşdirən bu görkəmli şəxsiyyət haqqında Ulu Öndər Heydər Əliyev deyir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanələşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq insanlıq zirvəsinə ucalıb”.
Zəngin mənəviyyata malik, əsl ziyalı ömrü sürən akademik Zərifə Əliyeva Azərbaycanda Tibb elminin inkişafında böyük töhfələr vermişdir. Gərgin çalışmalarının məhsulu olan sanballı tədqiqat əsərlərində irəli sürülən profilaktik tədbirlər və müalicə metodları qısa müddətdə geniş tətbiqini tapmışdır. O, yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmir, Respublikanın şəhər və rayonlarını bir-bir gəzərək xəstəliyin yaranma səbəblərini araşdırmışdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi metod sayəsində ölkəmiz bu xəstəlikdən xilas olur.
1960-cı illərdə Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. Alim öz tədqiqatlarında oftalmologiyanın bir sıra aktual məsələlərinə: diaqnostika, qlaukomanın və görmə orqanın iltihabının müalicəsinə xüsusi diqqət yetirirdi.
1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə-görmə orqanının peşə patologiyası sahəsində apardığı təqqiqatlara görə Z.Əliyeva bu sahədə ən böyük mükafata -SSRİ Tibb Elmlər Akademiyasının akademik M.i.Averbax adına mükafatına layiq görüldü.
Zərifə xanım Əliyeva həmçinin həkimlərin ixtisasının təkmilləşdrilməsi və yeni kadr hazırlığı sahəsindəki gərgin fəaliyyətindən usanmamışdır .O, tələbələrinə böyük qayğı ilə yanaşmış,onun rəhbərliyi ilə gənc alimlərin böyük bir nəsli yetişmişdir.

Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Hicran Mazanova

Oxşar xəbərlər