Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alan qız tələbələrin şantaj edildiyi iddia olunur.Bu barədə sosial şəbəkələrədə məlumat yayılıb. Qeyd edilib ki, fotolar qızların TikTok profillərindən götürülərək əxlaqsız formada montajlanıb və sosial şəbəkələrdə paylaşılıb.
“Kimin etdiyi məlum deyil. Həmin şəxsə fotoları silməsi üçün pul təklif etdik, lakin “mən pul üçün etməmişəm, özüm hüquq fakültəsinə qəbul olmaq istəmişəm, lakin balım çatmıyıb deyə hüquq tələbələrinə qarşı qərəzliyəm” dedi. Sadəcə səsini eşitdik, 20-25 yaşlı oğlan səsi idi”, - deyə sosial şəbəkələrdə yayılan məlumatda qeyd edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.