
1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsi Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Müqavilənin şərtlərinə əsasən Naxçıvan Türkiyənin himayəsi altında və Azərbaycanın tərkibində muxtar ərazi statusuna malikdir.
Bununla bağlı millət vəkili Fazil Mustafa danışıb:
"Müqavilə ləğv olunsa, bu müqavilənin alternativi müharibədir. Heç kim öz torpağından vaz keçmək fikrində deyil. Ona görə də, Rusiya "Kars müqaviləsi"ni birtərəfli qaydada ləğv etsə, bu Türkiyəyə əsas verəcək ki, rəsmi Ankara Naxçıvanın müdafiəsi üçün hərbi əməliyyatlara başlasın. Bu zaman Rusiya ilə Türkiyə arasında müharibə başlayacaq və bu müharibəyə Azərbaycan da qarışacaq. Çünki burada Naxçıvanın taleyi həll olunur".
Qeyd edək ki, Moskva müqavilənin müddəalarının icrası üçün 1921-ci il oktyabrın 13-də iki dövlət arasında "Qars müqaviləsi" müddətsiz olaraq imzalanıb.