
Avropa İttifaqı (Aİ) və Rusiya Federasiyasından Türkiyəyə gələn turistlərin sayı kəskin azalıb.
Bu barədə Ria.ru Türkiyənin Mədəniyyət və Turizm nazirliyinə istinadən xəbər verir.
“2015-ci ilin 11 ayı ərzində Türkiyəyə ümumilikdə 34,8 milyon nəfər səfər edib. Lakin Türkiyəyə gələn Fars körfəzi ölkələri və İraqdan olan turistlərin sayında 30% artım səbəbindən kəskin fərq əmələ gəlməyib.
Türkiyə və Aİ ölkələrindən Türkiyəyə turist sayının kəskin azalması ilə bağlı məlumatı ötən gün bu ölkənin Mədəniyyət və Turizm Nazirliyi bəyan edib”, - deyə Ria.ru yazıb.
Məlumatda Yaponiyadan olan turistlərin sayının 37%, İtaliyadan 26%, Rusiya və Fransadan (hər birindən) 18%, İspaniyadan 15% azaldığı bildirilir.
“Türkiyənin turizm sektoru rus və Aİ ölkərindən olan turistlərinin sayının azalmasının səbəbini təhlükəsizliyin təminatında yaranan müəyyən problemlər və Rusiyada yaşanan iqtisadi problemlərlə əlaqələndirirlər”,- deyə, məlumatda qeyd olunur.
Qeyd edək ki, 2014-cü ildə Rusiyanın 4,38 milyon nəfərdən çox vətəndaşı Türkiyəyə baş çəkib.
Xatırladaq ki, tərəflər arasında münasibətlərin gərginləşməsinə səbəb Rusiyaya məxsus Su 24 təyyarəsinin Türkiyə-Suriya sərhədində türklər tərəfindən vurulması olub.