
Publika.az xəbər verir ki, bu barədə Suriya Türkman Məclisinin rəhbəri Abdurrahman Mustafa deyib.
Onun sözlərinə görə, Rusiyaya məxsus döyüş təyyarələri bu gün saat 11:30-da düşərgəyə bombalar yağdırıb:
“Bu düşərgəni ötən ilin oktyabr ayında da bombalamışdılar. Düşərgə Türkiyə sərhədindən 3-4 kilometr uzaqlıqda yerləşir. Çoxlu sayda ölü və yaralılar var”.
Rusiya təyyarələri eyni anda Türkman Dağı bölgəsindəki türkman sivillərə də hücum edib. Türkmanların Türkiyəyə gəlmək üçün yola çıxdığı deyilir.