Rusiya Dövlət Duması Türkiyə parlamenti ilə əməkdaşlığı dayandırdı

Rusiya Dövlət Duması Türkiyə parlamenti ilə əməkdaşlığı dayandırdı ““Ərdoğanlar” gəldi-gedərdirlər”

Rusiya Dövlət Duması Türkiyə Böyük Millət Məclisi ilə əməkdaşlığı dayandırıb, amma “Ədalətli Rusiya” ilə Türkiyənin siyasi qüvvələri arasında təmaslar qalmaqdadır.

Bu barədə RİA Novosti-yə Duma sədrinin müavini, “Ədalətli Rusiya” (“Spravedlivaya Rossiya”) Partiyasının sədri Nikolay Leviçev bildirib.

“Rusiya və Türkiyə parlamentariləri arasında əməkdaşlıq rəsmi səviyyədə kəsilib. Ancaq “Ədalətli Rusiya” ilə Türkiyənin siyasi qüvvələri arasında təmaslar qalmaqdadır”, - Leviçev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Dövlət Duması Türkiyənin parlamenti ilə əməkdaşlığı hakimiyyətin orqanı olduğu üçün dayandırıb.

Amma Türkiyə parlamenti xalq tərəfindən seçildiyi üçün biz türkləri düşmən saymırıq. Prezident Vladimir Putin Federal Şuraya müraciətində demişdi ki, biz onları rəsmi Ankaraya bərabər tutmuruq”,- Leviçev jurnalistlərə bildirib.

““Ərdoğanlar” gəldi-gedərdi, Rusiya və Türkiyə xalqları arasında münasibətlər isə həmişə qorunub saxlanılmalıdır.

Bu gün İŞİD üzərində qələbə və Yaxın Şərqdə sabitliyin bərpa olunması sağlam düşünən siyasətçilərin təmas nöqtəsinin tapılması və ən çətin məsələlər üzrə razılığa gəlmə bacarığından asılıdır”, - o sözünü yekunlaşdırıb.

Oxşar xəbərlər