Həftəsonu məktəblərdə dərs olmayacaq - Nazirlik açıqladı

Həftəsonu məktəblərdə dərs olmayacaq - Nazirlik açıqladı Bəzi təhsil müəssisələrində dekabrın 27-28-də dərs günü olacağı ilə bağlı məlumatlar yayılıb. Hətta təhsil ocaqlarında bir neçə müəllim belə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramları ilə əlaqədar 29 və 30-u tarixlərinin qeyri-iş günü olacağını iddia ediblər.

Bəzi valideynlər onlara məktəblərdə və universitetlərdə iş günlərinin yerlərinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən xəbərdarlıq edildiyini bildiriblər.

Məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin mətbuat xidmətindən bildirildi ki, yayılan məlumatlar həqiqətəuyğun deyil: “Nazirlər Kabineti tərəfindən iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı qərar olmadığı üçün dərs və istirahət günlərinin yerinin dəyişdirilməsi nəzərdə tutulmur. Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur”.

Qeyd edək ki, Azərbaycanda 31 dekabr - 4 yanvar qeyri-iş günləridir. Yanvarın 5-i gələn ilin ilk iş günüdür.

Oxşar xəbərlər