Tarix göstərir ki,hər qalib xalqın arxasında uzaqgörən, qətiyyətli və milli maraqları hər şeydən üstün tutan bir lider dayanır. Qalib lider xalqının gücünə inanır, onun birliyini təmin edir və ən çətin məqamlarda məsuliyyəti öz üzərinə götürür. Müdrik siyasət, güclü diplomatiya və sarsılmaz iradə nəticəsində xalq öz tarixi ədalətinə qovuşur.Lider və xalq arasında formalaşan möhkəm etimad Zəfərin əsas açarına çevrilir.
Azərbaycan xalqının tarixində Zəfərlə nəticələnən mühüm mərhələlər güclü və uzaqgörən liderliklə bağlı olmuşdur. XXI əsrdə xalqımızın qazandığı ən böyük nailiyyətlərdən biri-Vətən müharibəsində əldə edilən tarixi Qələbə məhz Prezident İlham Əliyevin adı ilə sıx bağlıdır.Bu Qələbə Azərbaycan xalqını qalib xalqa çevirən amillərin məntiqi nəticəsidir.
Prezident İlham Əliyev xalqın milli iradəsinə söykənən,dövlətçilik maraqlarını daim ön planda tutan Qalib lider kimi tarixə düşmüşdür. Onun illərlə apardığı məqsədyönlü daxili və xarici siyasət, güclü ordu quruculuğu və prinsipial mövqeyi Zəfərin əsasını təşkil etmişdir. Lider ilə xalq arasında mövcud olan sarsılmaz birlik və qarşılıqlı etimad qələbəni labüd etmişdir.
Bu Qələbə yalnız hərbi uğur deyil,eyni zamanda tarixi ədalətin bərpası, milli qürurun və dövlət suverenliyinin təntənəsidir. Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyi altında öz gücünü bütün dünyaya nümayiş etdirmiş, qalib xalq kimi tarixə adını yazdırmışdır.
Sabunçu qəsəbəsi,170 nömrəli tam orta ümumtəhsil məktəbinin
Azərbaycan dili və ədəbiyyat müəllimi Zahidə Əzizova