Ali baş komandan cənab prezident İlham Əliyevin rəhbərliyi ilə " 44 günlük müharibə" qələbə ilə sona çatdı

Ali baş komandan cənab prezident İlham Əliyevin rəhbərliyi ilə
Güclü, mərkəzləşmiş dövlətdən danışırıqsa,ilk ağıla gələn bu dövləti idarə edən şəxsdir. Hər bir xalqın tarixində həlledici gün sayılan bir tarix vardır. Ümummilli lider Heydər Əliyevin ilk dəfə prezident seçilməsindən sonra Azərbaycan xalqının tarixinə qızıl hərflərlə adını yazan, onun yolunu layiqincə davam etdirən cənab İlham Əliyevdir. 2003-cü il 15 oktyabr tarixi ilə Azərbaycan dövləti inkişafın ən yüksək dönəminə qədəm qoydu. Öz diplomatik bacarığı, uzaqgörənliyi ilə xalqını işıqlı sabahlara çıxaran cənab İlham Əliyev öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi və yerinə yetirməkdə davam edir.
Ümummilli lider Heydər Əliyevin qurduğu dövlət və onun əsasını qoyduğu idarəçilik sistemi hər zaman özünü doğrultdu. Xalqın 2003-cü il 15 oktyabr tarixində İlham Əliyevə səs verərək prezident seçməsi ümummilli liderə nə qədər inam olduğunu bir daha sübut etdi.
Zəngin həyat təcrübəsi, yüksək ali savad və idarəçilik bacarığı ilə İlham Əliyev xalqa yanılmadığını açıb göstərdi. ABŞ, Türkiyə,Fransa, Rusiya və digər ölkələr İlham Əliyevin prezident seçilməsini yüksək qiymətləndirdi və onunla əməkdaşlığa hazır olduqlarını bəyan etdilər.
"Bizim uğurlarımızın əsas mənbəyi xalqın fəaliyyətidir", "Xalq olmasa, güclü dövlət və onu idarə edən başçı da olmaz" kimi fikirləri özünə şüar edən cənab prezident İlham Əliyev daim öz xalqına güvənir və onun firəvanlığı üçün çalışır.
Uzaqgörən dövlət başçısı cənab prezident İlham Əliyev xalqın ən böyük arzusunu həyata keçirməyi qarşısına məqsəd qoymuşdu. Işğal altında olan Azərbaycan torpaqları nə olursa, olsun geri alınmalıdır deyərək düşmənin üzərinə hücuma keçdilər. Ali baş komandan cənab prezident İlham Əliyevin rəhbərliyi ilə " 44 günlük müharibə" qələbə ilə sona çatdı. 30 ildən artıq işğal altında olan doğma torpaqlarımız Azərbaycanın qəhrəman oğullarının şücaəti nəticəsində 44 günə geri qaytarıldı.
Bu gün bütün xalq İlham Əliyevin prezident seçkilərində qalib gəlməsi üçün səs verməyə hazırdılar. Çünki dövlət başçısı xalqa qayğı göstərməyi, daim onların istəklərini yerinə yetirməyi öz həyat amalına çevirmişdir. Inanırıq ki, doğurdan da uzun müddət cənab İlham Əliyev öz vəzifəsini davam etdirəcək və Azərbaycan xalqının bütün arzularını həyata keçirəcəkdir.

Maştağa qəsəbəsi, 128N-li tam orta məktəbin
Azərbaycan dili, ədəbiyyat müəllimi Qaratel Həsənova

Oxşar xəbərlər