Prezident qəbullar keçirdi - Fotolar - Yenilənib

Prezident qəbullar keçirdi - Fotolar - Yenilənib Azərbaycan Prezidenti İlham Əliyev bu gün “John Deere” şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə Prezidenti, “John Deere Walldorf International” MMC-nin Baş icraçı direktoru Ksaba Leykonu qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, söhbət zamanı Azərbaycanda kənd təsərrüfatının geniş potensialının olduğu vurğulanaraq, bu sahənin inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlər qeyd olunub.

“John Deere” şirkətinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini deyən qonaq əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirib, Azərbaycanda pambıqçılıq sənayesi ilə bağlı irəli sürdükləri layihə barədə məlumat verib.

Ksaba Leykon Bakıda şahidi olduğu inkişafın onda dərin təəssürat hissi yaratdığını deyib.

Görüşdə Azərbaycanla şirkət arasında əməkdaşlığın perspektivləri müzakirə olunub, təhsil və təlim mərkəzinin yaradılması, qarşılıqlı təcrübə, suvarma, logistika, pambıq və taxıl istehsalı dəyər zəncirinin rəqəmsallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 1837-ci ildə ABŞ-da qurulmuş “John Deere” kənd təsərrüfatı, tikinti və meşəçilik avadanlıqlarının istehsalı ilə məşğul olan qlobal miqyasda aparıcı şirkətlərdən biridir. Şirkətin əsas fəaliyyət sahələrinə traktor, kombayn, pambıqyığan maşınların istehsalı daxildir. Ötən il ümumi gəliri 52 milyard ABŞ dollarına yaxın olan “John Deere”in 30-dan çox ölkədə zavodları və ofisləri fəaliyyət göstərir.

***

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan üzrə ticarət elçisi Lord Olderdaysı qəbul edib.

Lord Olderdays Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə dövlətimizin başçısını təbrik edib.

Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında razılaşmaların əldə olunmasının tarixi əhəmiyyətinə toxunaraq, bu məsələdə Prezident Donald Trampın rolunu xüsusi vurğulayıb. Dövlət başçısı Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı kimi onun irəli aparılması üçün bundan sonra da səylərini davam etdirəcəyini bildirib və sülh şəraitinin regionun iqtisadi potensialının inkişafına töhfəsinə toxunub.

Prezident İlham Əliyev Azərbaycanla bp şirkəti arasında 30 ildən artıq davam edən uğurlu əməkdaşlığı qeyd edib.

Söhbət zamanı Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında strateji tərəfdaşlıq, dostluq və etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, siyasi, iqtisadi, ticarət, investisiya, enerji, o cümlədən bərpaolunan enerji, müdafiə sənayesi, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib. İkitərəfli əlaqələrimizin dərinləşdirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulub.

Böyük Britaniya şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və quruculuq işlərində iştirak etməklə bu məsələyə töhfəsi məmnunluqla qeyd olunub.


Prezident qəbullar keçirdi - Fotolar - YenilənibPrezident qəbullar keçirdi - Fotolar - YenilənibPrezident qəbullar keçirdi - Fotolar - YenilənibPrezident qəbullar keçirdi - Fotolar - YenilənibPrezident qəbullar keçirdi - Fotolar - YenilənibPrezident qəbullar keçirdi - Fotolar - YenilənibPrezident qəbullar keçirdi - Fotolar - YenilənibPrezident qəbullar keçirdi - Fotolar - Yenilənib

Oxşar xəbərlər