NATO-da ilk: Danimarka Ukraynaya öz ərazisində hərbi müəssisə yaratmağa icazə verdi

NATO-da ilk: Danimarka Ukraynaya öz ərazisində hərbi müəssisə yaratmağa icazə verdi Danimarkanın cənubundakı Vojens şəhərində Ukrayna üçün raket yanacağı zavodunun tikintisi üçün hazırlıqlar başlayıb.

Bu, NATO daxilində üzv dövlətin Ukrayna müdafiə şirkətinə öz ərazisində istehsal müəssisəsi yaratmağa icazə verdiyi ilk haldır.

Məlumata görə, obyekt Skrudstrup hava bazasının yaxınlığında yerləşir və hərbi məqsədlər üçün raket yanacağı istehsal etmək planlaşdırılır.

İstehsal müəssisəsinin Danimarkada yerləşdirilməsi Rusiyanın zavoda potensial hücum riskini minimuma endirəcək. Zavodun 2026-cı ildə açılması gözlənilir. Lakin layihə yerli sakinlər arasında narahatlıq doğurur.

Oxşar xəbərlər