
"Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb .
Rusiya bu raket zərbələrini Dnepropetrovsk, Kirovoqrad, Lvov, Vinnitsa, Odessa, Donetsk, Kiyev və Zakarpat vilayətlərindəki obyektlərə endiriblər.
Məlumatda qeyd olunur ki, Rusiya Tu-95 və ya Tu-160 strateji bombardmançı təyyarələrindən Xəzər regionundan raket zərbəsi endirib.
Rusiyanın raket zərbələri Ukraynanın mərkəzində və qərbində altı dəmiryol stansiyasına ziyan vurub.