Vaşinqton çox tezliklə Venesueladan quru yolu ilə narkotik daşınmasına qarşı mübarizəyə başlayacaq.Bunu prezident Donald Tramp hərbi personal qarşısında videoçıxışı zamanı deyib: "Biz bunu həll edəcəyik; biz artıq çox iş görmüşük. Dəniz yolu ilə daşınmalar 85 faiz dayandırılıb. Yəqin ki, insanların dəniz yolu ilə narkotik daşımaq istəmədiyini görmüsünüz və biz onları quruda dayandırmağa başlayacağıq. Bunu quruda etmək daha asandır və bu, çox tezliklə başlayacaq".