Zelenski sülh planını Ağ Evdə Trampla müzakirə edəcək

Zelenski sülh planını Ağ Evdə Trampla müzakirə edəcək Rusya-Ukrayna müharibəsi ilə bağlı Kiyevlə Vaşinqtonun hazırladığı yenilənmiş sülh sənədi üzərində tam razılaşma cümə axşamınadək əldə olunacağına ümid etsək də, bunun daha uzun çəkəcəyi istisna deyil.

bunu danışıqlar prosesinə rəhbərlik edən ABŞ dövlət katibi Marko Rubio deyib.

Onun sözlərinə görə, təhlükəsizlik, NATO-nun rolu da daxil olmaqla digər məsələlərin işlənib hazırlanmasına ehtiyac var və bunun üçün ABŞ-a vaxt lazımdır.

Tramp isə bəyan edib ki, Volodimir Zelenski cümə axşamınadək planı təsdiq etməlidir.

“Reuters” yaz;r ki, ABŞ və Ukrayna rəsmiləri Zelenskinin Trampla sülh planını müzakirə etmək üçün yaxın günlərdə Vaşiqntona səfər etmək imkanlarını müzakirə edirlər.

Görüş zamanı tərəflər sülh planının ən həssas məsələlərini, xüsusən də ərazi məsələlərini müzakirə edəcəklər.

Oxşar xəbərlər