BMT-nin İqlim Zirvəsi COP31 Türkiyədə təşkil olunacaq."NTV" xəbər verir ki, bu barədə məlumatı Avstraliyanın Baş naziri Entoni Albaneze açıqlayıb.
Onun sözlərinə görə, İqlim Zirvəsi 2026-cı ildə Türkiyədə keçiriləcək, hökumətlərarası danışıqlara isə Avstraliya ev sahibliyi edəcək.
Zirvənin Antalyada keçiriləcəyi güman olunur.
Qeyd edək ki, COP31-ə ev sahibliyi uğrunda Avstraliya və Türkiyə mübarizə aparırdı.