Azərbaycan III MDB Oyunlarına ev sahibliyi edəcək

Azərbaycan III MDB Oyunlarına ev sahibliyi edəcək Azərbaycan 2025-ci ildə keçiriləcək III MDB Oyunlarına ev sahibliyi edəcək.
"Report"un məlumatına görə, bu barədə qərar MDB-yə üzv ölkələrin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının onlayn formatda baş tutmuş növbədənkənar iclasında qəbul olunub.

II MDB Oyunları isə 2023-cü ildə Belarusun payaxtı Minsdə təşkil olunacaq.

Toplantıda həmçinin idman sahəsində əməkdaşlığın aktual məsələləri də müzakirə edilib. O cümlədən, ayrı-ayrı idman növləri üzrə MDB çempionatlarının və kuboklarının keçirilməsi məsələsinə baxılıb. İşçi Qrupuna 2022-ci il iyunun 1-dək MDB yarışları ilə bağlı əsasnamə layihəsinin hazırlanması tapşırılıb.

Qeyd edək ki, I MDB Oyunları bu il 4 - 11 sentyabrda Rusiyanın Kazan şəhərində keçirilib.

Azərbaycan III MDB Oyunlarına ev sahibliyi edəcəkAzərbaycan III MDB Oyunlarına ev sahibliyi edəcəkAzərbaycan III MDB Oyunlarına ev sahibliyi edəcəkAzərbaycan III MDB Oyunlarına ev sahibliyi edəcək

Oxşar xəbərlər