91 nəfər Azərbaycanın tanınmış ziyalısı baş verən hadisələrə laqeyd qalmamış, Ulu Öndərin Heydər Əliyevə pənah gətirərək 1992-ci ilin oktyabrın 16-da “SƏS” qəzetinə müraciət etmişdilər. Beləliklə, Ulu öndər Heydər Əliyev ümumrespublikada siyasi arenaya qayıtması üçün ilk qətiyyətli cəhd edilmişdir. Son onillikdə artıq Naxçıvan Muxtar Respublikasında deputat, sonra isə Ali Məclisin sədri seçilən Heydər Əliyevin İran və Türkiyədən alınan qardaş yardımları hesabına həmin regionın ağır vəziyyətdən çıxmasında əsaslı rol oynamışdı. Buna görədir ki, belə çıxılmaz vəziyyətdə xalq hakimiyyətdə Heydər Əliyevi görmək istəyirdi.
Ulu Öndər Heydər Əliyev “91”-lərin müraciətindən sonra 1992-ci ildə 21 noyabrda 550 nəfərin təşəbbüskarı olduğu Yeni Azərbaycan Partiyasını yaratmış oldu. Bu partiyanın çiyinlərində böyük vəzifə qoyulmuşdu; Azərbaycan Respublikasını mövcud vəziyyətdən xilas etmək və onu qabaqcıl, inkişaf etmiş dövlətlər səviyyəsinə qaldırmaq. Yeni Azərbaycan Partiyası qısa zamanda xalqın etimadını qazanaraq ən nüfuzlu partiyaya çevrildi. Bu gün gənclər içərisində YAP-ın üzvü olmaq tendensiyası ürəkaçandır. Partiya üzvləri içərisində gənclərin çoxluq təşkil edir. Gələcək dövrü formalaşdıracaq nəslin respublikanın siyasi həyatına maraq göstərməsi və bu prosesdən özünü təcrid etməməsi Yeni Azərbaycan Partiyasının uğurlu siyasətindən xəbər verir.
Yeni Azərbaycan Partiyasının hazırda 700 mindən çox üzvü vardır. Yeni Azərbaycan partiyasının siyasi dəyərlər və prinsiplərini Ulu öndər Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət, demokratik ənənələrin inkişafı təşkil edir. 2024-cü ilin fevralında keçirilən prezident seçkillərində Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev yüksək səs çoxluğu – 92,12% ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Cari ildə baş tutmuş bələdiyyə seçkilərində də həmçinin səs çoxluğu Yeni Azərbaycan Partiyasına məxsus olmuşdur. Bu göstəricilər YAP-ın xalqın etimadını qazanması ilə yanaşı, bunu illərlə qoruyub saxlamasına əsaslanır.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
tarix müəllimi Türkan İsmayılova