Bu gün Ulu öndər Heydər Əliyev böyük ehtiramla anılır, onun ideyaları, siyasəti cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir

Bu gün Ulu öndər Heydər Əliyev böyük ehtiramla anılır, onun ideyaları, siyasəti cənab Prezident İlham Əliyev tərəfindən  yüksək səviyyədə davam etdirilir


1990-cı ilin sentyabr ayında Azərbaycan Ali Sovetinə seçkilər keçirildi. Ulu öndər Heydər Əliyev Azərbaycan və Naxçıvan Ali Sovetinə deputat seçildi. Məhz onun təşəbbüsü ilə Naxçıvan Ali Soveti 1990 ci il noyabrın 17-də keçirilən iclasında MSSR-in adından “Sovet Sosialist” ifadəsi götürüldü. Ali Sovet isə Naxçıvan Ali Məclisi adlandırıldı. İlk dəfə 20 Yanvar hadisələrinə siyasi qiymət verildi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan MR-in rəsmi bayrağı kimi qəbul edildi.
1991-ci il sentyabrın 3-də Ulu Öndər Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçildi. Onun həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində sovet ordu hissələri Naxçıvandan çıxarıldı. Onun Türkiyə və İrana işgüzar səfərləri zamanı apardığı danışıqlar Naxçıvanın çətin vəziyyətindən çıxmasına səbəb oldu. Naxçıvan aeroportu yenidən quruldu. Culfa və Şahtaxtı keçid məntəqələri inşa olundu. 1992-ci ildə Muxtar Respublikanı Türkiyə ilə birləşdirən xalq arasında “Ümid” körpüsü adlandırılan Sədərək körpüsü tikildi.
16 oktyabr 1992-ci il müstəqil və müasir Azərbaycanın tarixində mühüm əhəmiyyət kəsb edən hadisə ilə yadda qaldı. Məhz həmin tarixdə bir qrup ziyalı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Ulu Öndər Heydər Əliyevə müraciət edərək, Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması ideyasına münasibət bildirməyi və bu partiyaya rəhbərlik etməyi xahiş etdilər.
Tarixə məşhur “91-lərin müraciəti” kimi düşmüş həmin müraciəti imzalayan ziyalılar bütün bu təhlükələri görür və getdikcə vəziyyətin daha da ağırlaşacağını, illərlə həsrətində olduğumuz müstəqilliyimizin yenidən itirilməsi təhlükəsini görürdülər. Məhz buna görə də hər zaman Azərbaycan xalqının güvəndiyi, arxalandığı, öz vətənini, millətini sonsuz məhəbbətlə sevən xilaskar liderə, Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Bu müraciəti 91 nəfər imzalasa da, bütün xalqın istəyini və arzusunu əks etdirirdi.
Bu gün Ulu öndər Heydər Əliyev böyük ehtiramla anılır, onun ideyaları, siyasəti cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Ulu Öndər Heydər Əliyevin məhv olmaq təhlükəsindən xilas etdiyi Azərbaycan artıq dünya xəritəsində öz yeri olan, dünyada söz sahibinə çevrilən bir ölkədir. Azərbaycanla hesablaşırlar, onu etibarlı tərəfdaş kimi qəbul edirlər. Hər bir Azərbaycan vətəndaşı bu inkişafın, uğurun, təhlükəsiz, sabit bir dövlətin memarının Ulu Öndər Heydər Əliyev olduğunu çox gözəl bilir və onun siyasətinin davamlı olmasını dəstəkləyir.


Zabrta qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
tarix müəllimi Şəhanə İmanova

Oxşar xəbərlər