ABŞ-də təyyarə qəzası: ölən və yaralananlar var

ABŞ-də təyyarə qəzası: ölən və yaralananlar var ABŞ-nin Kentukki şatatında təyyarə qəzası baş verib.

Xarici KİV xəbər verir ki, karqo (yük) təyyarəsi havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb.

Qəza nəticəsində azı 7 nəfər ölüb, 11 nəfər yaralanıb.

Ölü və yaralı sayının artması istisna edilmir.

Qəzadan sonra böyük bir ərazidə yanğın meydana glib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Oxşar xəbərlər