Kanadada təyyarə qəzası — Ölənlərin sayı bilinmir

Kanadada təyyarə qəzası — Ölənlərin sayı bilinmir Kanadanın Saskaçevan vilayətinin Fon-dyu Lak hava limanında təyyarə qəzası baş verib.
"Ölkə.Az" xəbər verir ki, onlarla sərnişini olan təyyarə uçuş zolağı yaxınlığında yerə çaxılıb.

"CBC" kanalının xəbərinə əsasən, 22 sərnişin və ekipajın 3 üzvü xəsarət alıb. Amma ölənlər barədə məlumat verilmir.
Söhbət "West Wind Aviation" avia şirkətinin "ATR42" tipli təyyarəsindən gedir. Təyyarədə ən azı 25 nəər olub. Təyyarə hava limanından 1 km aralıda naməlum səbəblərdən qəzaya uğrayıb.

Ərazidə xilasedicilər işləyir. Kanadanın nəqliyyat nazirliyi insidentin təhqiqatına başlayıb.

Oxşar xəbərlər