Abramoviç "Qalatasaray"ı almaq istəyir? - Rəsmi - Yenilənib

Abramoviç Rusiyalı iş adamı Roman Abramoviç heç bir futbol klubu, o cümlədən İstanbulun “Qalatasaray”ı da almaq və ya investisiya etmək fikrində deyil.

TASS xəbər verir ki, bu barədə biznesmenin sözçüsü bildirib.

O, Abramoviçin "Qalatasaray"la bağlı planları ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını vurğulayıb.

"Cənab Abramoviç heç bir futbol klubu almır və ya sərmayə qoymur", - deyə o söyləyib.

***

Rusiyalı iş adamı Roman Abramoviç Türkiyənin “Qalatasaray” futbol klubunun ortaq sahibi ola bilər.

Bu barədə "Sözcü" məlumat yayıb.

Abramoviç İstanbul komandasında böyük pay almağı planlaşdırır.

Onun Türkiyədə yaşamaq niyyətində olduğu və hətta oradan ev də aldığı iddia edilir.

Xatırladaq ki, Abramoviç İngiltərənin "Çelsi" klubunun keçmiş sahibidir.

Oxşar xəbərlər