
Professor Kərim Tahirovun rəhbərliyi ilə kitabxana müasir texnologiyalar və innovativ yanaşmalarla təchiz edilmişdir. Elektron kataloqlar, rəqəmsal arxivlər, onlayn resurslar və interaktiv platformalar vasitəsilə oxucuların kitabxanaya əlçatanlığı maksimum səviyyəyə çatdırılmışdır. Bu yeniliklər sayəsində tələbələr, müəllimlər, tədqiqatçılar və geniş oxucu auditoriyası həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə informasiya və elmi resurslardan rahat istifadə edir.
Kitabxananın akademik fəaliyyəti də professor Kərim Tahirovun rəhbərliyi ilə genişlənmişdir. Burada təşkil olunan elmi seminarlar, konfranslar, təlimlər və intellektual yarışlar tədqiqatçıların, müəllimlərin və tələbələrin bilik və bacarıqlarını artırır, onların elmi fəaliyyətini təşviq edir. Eyni zamanda, kitabxana müasir texnologiyaların tətbiqi ilə ənənəvi kitab oxuma təcrübəsini zənginləşdirərək oxucular üçün interaktiv və maraqlı mühit yaratmışdır.
Professor Kərim Tahirov kitabxananın sosial məsuliyyətini xüsusi önə çəkir. Şəhid ailələri və qazilərə göstərilən dəstək onun rəhbərliyində kitabxananın prioritet fəaliyyət istiqamətlərindən biridir. Bu kateqoriyadan olan ailələr üçün xüsusi layihələr, oxu proqramları və elmi-tədris fəaliyyətləri təşkil edilmiş, onların mənəvi və intellektual inkişafına diqqət yetirilmişdir. Professor Kərim Tahirov şəhid ailələri və qazilərlə birbaşa ünsiyyət quraraq onların ehtiyaclarını müəyyən edir və onlara göstərilən dəstəyin maksimum səviyyədə olmasını təmin edir.
Kitabxananın mədəni və təhsil sahəsində fəaliyyəti də diqqətəlayiqdir. Burada keçirilən sərgilər, mədəni tədbirlər, oxu həftələri, yazıçı görüşləri və müxtəlif tədris proqramları oxucuların mədəni və intellektual inkişafına xidmət edir. Bu təşəbbüslər yalnız fərdi inkişafı deyil, həm də cəmiyyətin bilik səviyyəsinin və mədəni şüurunun yüksəlməsinə böyük töhfə verir.
Professor Kərim Tahirov həmçinin kitabxananın beynəlxalq əlaqələrini gücləndirmiş, xarici institutlarla əməkdaşlıq, beynəlxalq elmi layihələr və təcrübə mübadiləsi proqramları həyata keçirmişdir. Bu, kitabxananın fəaliyyətini yalnız yerli səviyyədə deyil, eyni zamanda beynəlxalq səviyyədə tanınan və nüfuzlu bir mərkəzə çevirmişdir.
Beləliklə, professor Kərim Tahirovun rəhbərliyi M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasını həm akademik, həm mədəni, həm də sosial baxımdan nümunəvi bir mərkəzə çevirmişdir. Onun uzaqgörənliyi, fədakarlığı və insani keyfiyyətləri sayəsində kitabxana yalnız bilik və informasiya mənbəyi deyil, həm də cəmiyyətin rifahına və mənəvi inkişafına xidmət edən nümunəvi bir qurum olmuşdur. Kitabxananın fəaliyyətinin hər bir sahəsi – akademik, mədəni və sosial – professor Kərim Tahirovun rəhbərliyində səmərəli və davamlı inkişafı ilə seçilir.
Bu gün M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası professor Kərim Tahirovun rəhbərliyi sayəsində oxucular, tədqiqatçılar, tələbələr, müəllimlər və şəhid ailələri üçün etibarlı, müasir, faydalı və sosial baxımdan məsuliyyətli bir mərkəz olaraq fəaliyyət göstərir. Onun təşəbbüsləri kitabxananın yalnız Azərbaycanın deyil, regionun intellektual və mədəni həyatında da mühüm rol oynamasını təmin edir.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - Məlum olduğu kimi, ATƏT-in Minsk qrupu 1992-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik məqsədi üçün yaradılmışdı və münaqişə ilə bağlı danışıqlar prosesi ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransanın nəzarəti altında idi. Münaqişənin həlli ilə bağlı bu dövlətlərin hər birinin öz mövqeyi vardı ki, bu da danışıqlarda uğur əldə edilməsini çətinləşdirirdi. Aydındır ki, qlobal güc mərkəzlərini təmsil edən hər üç ölkə təcavüzkara təzyiq etmək üçün geosiyasi nüfuza malik idilər. Amma məsələ burasındadır ki, bu və ya digər münaqişələrin həlli istiqamətində əsas problem böyük dövlətlərin münaqişəni həll etmək bacarıqlarında yox, onların siyasi iradələrindədir. Bu həmişə belə olub və bundan sonra da olacaq. Minsk qrupunda Qarabağ məsələsinin həllinə ciddi marağın olmamasının nəticəsi idi ki, qurum öz öhdəliklərini yerinə yetirmirdi. Minsk qrupunun həmsədrləri sırf vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün regiona səfərlər ediblər. Beləliklə, onlar daha çox “münaqişənin həlli mexanizmləri”nin icrası ilə deyil, “münaqişənin idarə edilməsi” ilə məşğul olublar. İstər rəsmi səviyyədə, istərsə də Azərbaycan ictimaiyyətində həmsədrlərin dəfələrlə regiona səfərləri haqlı olaraq “turistik ekskursiya” kimi qiymətləndirilib. Həm beynəlxalq təşkilatların, həm ATƏT-in Minsk qrupu üzvlərinin, həm də digər dövlətlərin yeritdikləri ikili standartlar siyasətinin nəticəsi idi ki, Ermənistan tərəfi problemin öz real həllinə yanaşmaq istəməmiş, üstəlik, atəşkəs rejimini də sıx-sıx pozmuşdur. Nəticədə 2020-ci ilin sentyabr ayında baş vermiş müharibə Qarabağ məsələsinin əslində dondurulmuş olmadığını ortaya qoydu. Daim böyük dövlətlər tərəfindən dəstəklənəcəyini ümid edən Ermənistan təmas xəttini pozmağa davam etdi, psixoloji baxımdan Azərbaycana zərbə vurmağa çalışdı və qıcıqlandırma metodlarından istifadə etdi. Nəticədə Azərbaycan tərəfi Ermənistan qarşısında güc və qətiyyət nümayiş etdirərək özünün “Dəmir yumruq” əməliyyatını reallaşdırdı, işğal altındakı torpaqlarını azad etdi, sonrakı mərhələdə antiterror əməliyyatını gerçəkləşdirərək ərazi bütövlüyünü bərpa etdi. Bu reallıq artıq beynəlxalq arenada dövlətlər və təşkilatlar tərəfindən getdikcə qəbul edilməyə başladı. Minsk qrupu Azərbaycan üçün ölü bir qurum idi. Rəsmi Bakının Ermənistan qarşısındakı tələblərindən biri də ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı məsələ idi. Öz tələblərindən heç bir şəkildə geri addım atmayan Azərbaycan Prezidentinin uğurlu siyasi gedişləri nəticəsində bu tələb 2025-ci ilin avqustunda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş nazii Nikol Paşinyan arasında Vaşinqtonda imzalanan birgə bəyanatda öz əksini tapdı. Tərəflərin ATƏT-ə göndərdiyi birgə müraciət əsasında Minsk qrupu rəsmən ləğv edildi. Zatən bu qurumun varlığı zatən olduqca məntiqsiz idi. Çünki bu qurum Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdı, amma 30 ildən çox fəaliyyətində səmərəsiz fəaliyyət göstərdi. Heç təsadüfi deyildir ki, bu dövr ərzində Ermənistanın işğal siyasəti faktiki qorundu. Azərbaycan özü beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü bərpa etdi. Belə bir vəziyyətdə Minsk qrupuna heç bir ehtiyac qalmadı. Azərbaycanın israrlı tələbi öz nəticəsini verdi. Bu qurumun ləğv olunması o anlama gəlir ki, artıq həmin qurumun üzvləri bu format vasitəsilə Cənubi Qafqaza istiqamət verə bilməyəcəklər. Bu qrupun ləğvi Azərbaycanın siyasi-diplomatik qələbəsi sayılır. Azərbaycan faktiki olaraq “dondurulmuş status-kvo mexanizmini” sıradan çıxardı. Bu qrupun varlığı Cənubi Qafqazda mühüm qələbə əldə edən Azərbaycanın yaratdığı reallığa ziddi idi. Amma bu gün Minsk qrupunun ləğvi həmin reallığın bilavasitə beynəxalq səviyyədə təsdiqi deməkdir. Beləliklə, Azərbaycan sübut etdi ki, regionun gələcəyini müəyyənləşdirən əsas aktor kimi bu dövlət hərbi-siyasi və diplomatik üstünlüyə sahibdir və öz iradəsini qəbul etdirmək gücünə malikdir.