"Sabahdan bu ödənişlərdə ƏDV-nin yarısını geri ala biləcəksiniz" - Deputatdan ŞAD XƏBƏR

"“Vergi Məcəlləsinə” edilən dəyişikliklərə əsasən, sabahdan mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır. Yeni dəyişikliklərdə məqsəd daha çox sərmayələr cəlb etməklə bu sektorun inkişafını stimullaşdırmaqdır. Eyni zamanda, bu mədəniyyət sektorunda bir sıra xidmətlərin xərclərinin azalmasına və eləcə də qiymətin aşağı düşməsinə səbəb ola bilər. Artıq sabahdan teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi (“ƏDV cashback”) geri qaytarılacaq. Yəni, mədəniyyət xidmətləri üzrə də keşbek təbiq olunacaq".

Bu barədə milıət vəkili, iqtisadçı alim Vüqar Bayramov bildirirb.

Vüqar Bayramov həmçinin qeyd edib ki, digər dəyişiklik mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, mənfəət (gəlir) vergisindən 90 faiz azadolma verilməsi ilə bağlıdır.

"Eyni zamanda, mənfəət (gəlir) vergisi üzrə güzəştin həcmi artırılaraq 75 faiz güzəşt 90 faizə qaldırıldı. Mövcud qanunveiriclik ilə güzəşt verilən subyektlərin sayı 1-dən 5-ə çatdırılıb. Güzəştdən istifadə edənlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüseri da əlavə edilib", deyə millət vəkili qeys edib.

Oxşar xəbərlər