
"Karabakh Today" xəbər verir ki, şəklin sol aşağı küncündə göstərilən tarix — ۲۷ اردیبهشت ۱۴۰۳ (İran təqvimi ilə 1403-cü ilin 27 ürdibehişt) — miladi təqvimlə 2024-cü il, 16 may tarixini göstərir.
"İsrail regionun qərbində yerləşir, Ramsar isə şimalında. Belə olan halda İsrailə məxsus təyyarə Xəzərin bu hissəsində nə edir? Və niyə Paşinyan və Akopyan ətrafı ilə bağlılığı ilə tanınan erməni Telegram kanalı bu görüntüdən anti-İran və anti-Azərbaycan ritorikasını qızışdırmaq üçün istifadə edir?
Aydındır ki, bu — siyasi təxribatdır. Məqsəd isə Azərbaycanı İran ilə ABŞ–İsrail tandemi arasında mümkün qarşıdurmaya cəlb etməkdir", - deyə qeyd edilib və bildirilib ki, bu cəhdlər isə getdikcə daha ümidsiz görünür.
"Görünür, Ermənistan regionda gərginliyi yenidən alovlandırmaq üçün feyklər və informasiya manipulyasiyası ilə “odla oynamağa” başlayıb", - deyə xəbərdə vurğulanıb.