
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Fars” agentliyi məlumat yayıb.
İsrail ordusu İran tərəfindən yeni raket atəşi qeydə alındığını açıqlayaraq xəbəri təsdiqləyib. Əhaliyə sığınacaqlarda gizlənmək tapşırılıb.
***
“Ynet” xəbər verir ki, İranın İsrailə cavab hücumunun yeni dalğası nəticəsində azı 5 nəfər yaralanıb. Bundan əvvəlki zərbələrdə isə azı 63 yaralının olduğu bildirilir.
***
CNN-nin özəl mənbələrdən məlumatına görə, İran İsrailə qarşı hücumlarını artıracaq və onu müdafiə edən istənilən ölkənin Yaxın Şərq bazalarına zərbələr endirəcək.
***
İranın İsrailə hücumları nəticəsində ağır yaralanan bir israilli qadın həlak olub.
Bu barədə İsrail rəsmisi dövlət televiziyasında açıqlama verib:
“İran mülki obyektlərə etdiyi hücuma görə ağır cəzalandırılacaq”.
***
İran Müdafiə Nazirliyinin məlumatına görə, Təl-Əvivdə yerləşən hərbi bazalar, Müdafiə və Milli Təhlükəsizlik Nazirliklərinin binaları hədəf alınıb və “dəqiq zərbələrlə” vurulub.
***
Pentaqon RİA Novosti-yə bildirib ki, ABŞ İsrailə İranın raket hücumunu dəf etməyə kömək edib.
***
İran tərəfi qeyd edir ki, hücumlar mərhələli şəkildə həyata keçirilib, azı üç hücum dalğası olub;
-Zərbələr 150-dən çox hədəfə, o cümlədən F-35, F-16 və F-15 qırıcılarının, tankerlərin və nəqliyyat təyyarələrinin yerləşdiyi hava bazalarına endirilib;
-Hərbi mərkəzlər və hərbi sənaye obyektləri hücuma məruz qalıb;
-Raketlər Tel-Əvivdə İsrail Müdafiə Nazirliyinin binasına iki dəfə düşüb;
***
İsrail ordusu İrandan İsrail ərazisinə doğru yeni raketlər atdığını bildirib.
***
İsrail radiosunun məlumatına görə, İranın göndərdiyi raketlərin beşinci dalğası Tel-Əvivə düşməyə başlayıb.
Radio həmçinin beşinci dalğanın bütün İsraili hədəf aldığını bildirib. İsrailin şimalında, mərkəzində və cənubunda partlayış səsləri eşidilib.
***
“Ynet” portalının məlumatına əsasən, İsrail ərazisinə İranın 4-cü dalğa hücumu nəticəsində azı 2 nəfər ölüb, 21-i yaralanıb.
***
“The Jerusalem Post” qəzetinin məlumatına görə, İranın zərbələri nəticəsində həlak olanların sayı 4-ə yüksəlib, 70-dən çox insan isə yaralanıb.
Bildirilib ki, yaralı və ölü sayının artmasına səbəb bu gün səhər İsrailin mərkəzi hissəsində yaşayış evinə raket düşməsidir.