İsrail İran dronlarını vurmağa başlayıb - Video - Yenilənib

İsrail İran dronlarını vurmağa başlayıb - Video - Yenilənib İran son bir neçə saat ərzində İsrail istiqamətində 100-dən çox pilotsuz uçuş aparatı buraxıb.

“Bu barədə məlumatı “The Times of Israel” yayıb.

Bildirilib ki, hazırda İsrailin Müdafiə ordusu dronların zərərsizləşdirilməsi istiqamətində çalışır.

***

“The Times of Israel”in məlumatına görə, İsrail İran tərəfindən buraxılan dronların zərərsizləşdirilməsinə başlayıb.

Bildirilib ki, pilotsuz uçuş aparatları İsrail sərhədlərindən kənarda vurulur.

Zərərsizləşdirilməyən dronların bir saat ərzində İsrailə çatması gözlənilir.


Oxşar xəbərlər