Prezident İlham Əliyev cari ilin 11 iyul tarixində İslamabadda dövlət səfəri zamanı mətbuata verdiyi bəyanatla əlaqədar

Prezident İlham Əliyev cari ilin 11 iyul tarixində İslamabadda dövlət səfəri zamanı mətbuata verdiyi bəyanatla əlaqədar

Son illərdə dövlətimizin dünyada nüfuzunun artması həm Avropanın, həm də Asiyanın bir sıra dövlətlərlə əlaqələrinin genişlənməsinə gətirib çıxarmışdır. Ölkəmizin sıx dostluq və əməkdaşlıq əlaqələri qurduğu dövlətlərdən biri də Pakistandır. Bu ölkələr arasında əlaqələr tarixi köklərə, ortaq dini dəyərlərə əsaslanır. Pakistan Azərbaycan ərazilərini işğal etdiyinə görə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayan və bu ölkənin müstəqilliyini tanımayan dövlətlərdən biridir. Bu dövlət həmişə ölkəmizin ərazi bütovlüyünü daim dəstləkləmiş, xalqımızla həmrəy olduğunu bildirmişdir.
Prezident İlham Əliyev iyulun 11-12-də İslamabada rəsmi səfər etdi. Liderimiz böyük ehtiramla qarşılandı. Azərbaycan Prezidentinin təyyarəsinin enənədək xüsusi qırıcılarla müşayiət olunması, fəxri qaravul dəstəsinin düzülməsi liderimizə olan ehtiramın bariz nümunəsidir. Pakistana olan rəsmi səfər zamanı bir çox sahələr üzrə sənədlər imzalandı. Bu səfərin qardaş dövlət arasındaki münasibətlərə yeni məzmun gətirəcəyi bir daha vurğulandı. Cənab Prezident çıxışında demişdi: “Qardaş ölkə ilə münasibətlərin əsası xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hislərinə əsaslanır. Pakistan daim çətin zamanlarda həmişə yanımızda olub. 2020-ci ildə Vətən müharibəsi zamanı, eləcə də 2022-ci ilin mayın 30-da Xocalı soyqırımı ilə bağlı verdiyi bəyanat bu ölkənin Azərbaycana siyasi dəstək verən ölkələrdən biri olduğunu təsdiq edir”.
44 günlük müharibə zamanı, eləcə də işğaldan sonra azad edilmiş ərazilərin minalardan təmizlənməsi və burada geniş miqyaslı bərpa işlərinin aparılmasında qardaş ölkənin dəstəyi danılmazdır. Pakistan şirkətləri azad edilmiş ərazilərdə yenidənqurma işlərində iştirak etmək üçün müraciət etmiş, eyni zamanda sənaye, tikinti, ticarət, nəqliyyat sahələrində qeydiyyatdan keçmişlər.
Bir sözlə, Prezident İlham Əliyevin Pakistan səfəri Azərbaycan diplomatiya tarixində iz buraxmaqla yanaşı, həm iqtisadi, həm də siyasi baxımdan mühüm rol oynadı.

Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Elnarə Məmmədova.

Oxşar xəbərlər