Qanunsuz silahlı birləşmələr ölkədən çıxarıldı

Qanunsuz silahlı birləşmələr ölkədən çıxarıldı Azərbaycan uzun əsrlər boyu hər zaman düşmənlərin əsas hücum hədəfi olmuşdur. Bunun əsas səbəbi ölkəmizin coğrafi mövqeyi, təbii sərvətləri, faydalı qazıntıları və s. səbəblər olmuşdur. Qədim zamanlardan işğal hədəfi olan ölkəmiz XX əsrin sonlarında Ermənistanın hücum hədəfinə çevrilmişdir. 20 faiz torpaqlarımızı xaincəsinə işğal edən Ermənistan otuz ilə yaxın torpaqlarımızı yağmalamışdır.
1993-ci ildə Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsindən sonra, əsas diqqət vətənimizin müdafiəsi üçün ordu quruculuğuna yönəldilmişdir. Nəticədə işğalların qarşısı alınmışdır. Uğurlu inkişaf yoluna qədəm qoyan Azərbaycan son 20 ildə Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu inkişaf yüksək tempdə davam etmişdir.
Ancaq 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan ordusu düşmənə layiqli cavabını vermişdir. Ərazi bütövlüyümüzün bərpa edilməsinə baxmayaraq, Qarabağ ərazisində qanunsuz erməni silahlı birləşmələri qanunsuz yollarla hələ də silahlandırılmağa davam edilirdi. Ali Baş Komandanımızın hər zaman dediyi kimi, hər şeyin öz vaxdı var. Və o vaxt gəlib çatdı, sentiyabrda keçirilən antiterror əməliyyatlarında sonra erməni silahlı birləşmələri tərksilah edildi. Qanunsuz silahlı birləşmələr ölkədən çıxarıldı. Oktaybr ayının 15- də Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağı qaldırıldı. Bu hər bir azərbaycanlı üçün tarixi gündür. Ali Baş Komandan cənab prezident İlham Əliyev 20 il öncə xalqın müraciət edərək söz vermişdi ki. Azərbaycanın milli maraqları qorunacaq və tarixi ədalət bərpa ediləcək. Prezident İlham Əliyev qarşısına qoyduğu vəzifələri tam şəkildə reallaşdırdı və tarixi ədaləti bərpa etdi.

BAKIXANOV QƏSƏBƏSİ, 72 NÖMRƏLİ MƏKTƏB-LİSEYİN
TARİX MÜƏLLİMİ DAMLA HƏSƏNZADƏ

Oxşar xəbərlər