Bakıda məşhur şadlıq sarayında toy zamanı YANĞIN

Bakıda məşhur şadlıq sarayında toy zamanı YANĞIN Bakıda yerləşən tanınmış şadlıq saraylarından birində yanğın baş verib.

Manset.az məlumatına görə, hadisə mayın 20-də saat 19:35 radələrində paytaxtın Sabunçu rayonunda yerləşən “Louvre Palace” şadlıq sarayında qeydə alınıb. Yanğının mətbəx sahəsində başladığı bildirilir.

Hadisə zamanı şadlıq sarayında eyni anda iki toy mərasimi keçirilirmiş.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb. İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının səbəbləri araşdırılır.

Oxşar xəbərlər