Bakıda “maşın bazarı”nda güclü yanğın - YENİLƏNİB + FOTO + VİDEO

Bakıda “maşın bazarı”nda güclü yanğın - YENİLƏNİB + FOTO + VİDEO Hazırda yanğının baş vermə səbəbləri araşdırılır

Bakı şəhəri, Nizami rayonu, Maşın bazarında mağazalardan birində baş vermiş yanğın saat 22:59-da söndürülüb.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, yanğının söndürülməsinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin 20-dək maşını cəlb olunmuşdur.

22:33

Bakının Nizami rayonunda “maşın bazarı” kimi tanınan ərazidəki mağazaların birində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildiriblər ki, dərhal yanğının söndürülməsinə qüvvə və vasitələr cəlb olunub.

APA saytının məlumatına görə, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin 20-dək maşını hadisə yerində yanğının qarşısını almağa çalışırlar .

Qeyd olunur ki, yanğın bazarın giriş hissəsində yerləşən15-20 mağazaya yayılıb.

21:37

Bakının Babək prospektində “maşın bazarı” adlanan ərazidə güclü yanğın başlayıb.

Hadisə yerinə 5-dən çox yanğınsöndürən avtomobili cəlb olunub.

Hazırda prospektin hər iki istiqamətində nəqliyyatın hərəkətində tıxac yaranıb.


Oxşar xəbərlər