
Rusiyanın Yaroslavl vilayətinin Pesoçnoye qəsəbəsində yaşayış binasında baş vermiş yanğın nəticəsində 4-ü uşaq olmaqla 5 nəfər ölüb.
Bu barədə RİA Novosti agentliyi fövqəladə xidmətlərində olan mənbəsinə istinadən xəbər verir.
“Hadisə yerində dördü uşaq olmaqla beş nəfərin cəsədi aşkarlanıb”, - agentliyin mənbəsi bildirib.
Məlumata əsasən, yanğın 24 mənzilli ikimərtəbəli taxta binada baş verib. Yanğının söndürülməsinə 11 yanğınsöndürmə briqadası, 35 nəfərdən ibarət canlı qüvvə cəlb olunub.
Yanğının baş vermə səbəbləri araşdırılır.