
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 16 aprel saat 06:24-də Fövqəladə Hallar Nazirliyinə Abovyan küçəsində yerləşən Heratsi xəstəxana kompleksinin mərtəbələrindən birində yanğın baş verməsi barədə məlumat daxil olub.
Yanğınsöndürən-xilasetmə dəstəsindən 6 heyət, həmçinin FHN-in yanğınsöndürmə və xilasetmə işlərinin təşkili şöbəsinin növbətçi qrupu hadisə yerinə cəlb olunub.
Məlum olub ki, yanğın xəstəxananın 2-ci mərtəbəsindəki otaqlardan birində baş verib.
Hadisə yerindən daha 11 pasiyent təxliyyə edilib. Yanğın tam söndürülüb.