Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında yanğın olub

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında yanğın olub Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğının təfərrüatı məlum olub.
Repor verdiyi məlumatına görə, yanğın hadisəsi avqustun 7-dən 8-ə keçən gecə, saat 2 radələrində xəstəxananın Rentgen otağında qeydə alınıb.

Belə ki, ümumi sahəsi 36 kvadratmetr olan otaq və avadanlıq yanıb.
Hadisə şahidlərinin sözlərinə görə, yanğın güclü olub. FHN-nin yanğınsöndürənləri tərəfindən yanğın spöndürülüb və genişlənməsinin qarşısı alınıb. Hadisə zamanı xəstəxana əməkdaşları və xəstələr təhlükəsiz təxliyyə ediliblər. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər