
Cənab Prezident İlham Əliyevin xarici siyasət kursu, ölkəmizin hərbi-siyasi qabiliyyətləri ilə yaratdığı yeni reallıqda artan nüfuzumuzu artırır. Bu yeni reallıq, bizə istənilən güc ilə bərabər hüquqlu tərəfdaşlıq imkanı verir. Dövlət başçısının uğurlu xarici siyasəti, həyata keçirilə ən iri miqyaslı layihələr və Azərbaycanın strateji mövqeyi, dünyada müxtəlif ölkələrin ölkəmizlə əlaqələrini genişləndirməsinə maraq yaratmışdır. İndi bir çox xarici ölkələr bölgədə qlobal lider kimi Azərbaycana diqqət yetirirlər
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə geniş tərkibdə görüşü keçirilib. Görüşdə Azərbaycanla Vyetnam arasında diplomatik münasibətlərin 30 il ərzində mövcud olmasına baxmayaraq, ölkələrimizin dostluq təmaslarının hələ keçən əsrin 50-ci illərinin sonlarına təsadüf etdiyi vurğulanıb, həmin dövrdən etibarən Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana, Ulu Öndər Heydər Əliyevin isə SSRİ rəhbərliyində olduğu zaman Vyetnama səfərləri məmnunluqla xatırlanıb.
Dövlətimizin başçısı özünün Vyetnama səfərinə toxunub, Baş katib To Lamın ölkəmizə səfəri zamanı strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunmasını əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini vurğulayıb. Söhbət zamanı Hökumətlərarası Komissiyanın iclasının tezliklə keçirilməsinin və qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində əməli fəaliyyətin vacibliyi vurğulanıb.
Enerji və birgə investisiya layihələri müzakirə olunub, mədəni, humanitar sahələrdə əməkdaşlığın böyük perspektivinin olduğu qeyd edilib. Həmçinin müxtəlif sahələrdə təhlükəsizlik, müdafiə və kibercinayətkarlığa qarşı mübarizə sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, bütün sahələrdə təmasların artırılmasının vacibliyi vurğulanıb. Görüşdə, həmçinin BMT, AQEM, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq qeyd edilib. Vyetnam tərəfinin öz ixrac marşrutlarının şaxələndirilməsində maraqlı olduğu vurğulanıb və bu baxımdan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaxşı imkanlar yaratdığı qeyd edilib.
Vyetnam və Azərbaycan arasında mədənniyyət münasibətləri sovet dövrünə gedib çıxır.Bu münasibətlə Azərbaycan bəstəkarı Q.Qarayev Vyetnam müharibəsi haqqında ilk sovet-vyetnam sənədli filmi üçün "Vyetnam süitası"nı bəstələmişdi.Azərbaycanın Vyetnamdakı səfirliyinin təşəbbüsü, türkdilli ölkələrin Vyetnamdakı səfirliklərinin dəstəyi və Vyetnam Milli Musiqi Akademiyasının təşkilatçılığı ilə Hanoy şəhərində dahi Azərbaycanın böyük bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin (1918-1982) 1954-cü ildə “Vyetnam” adlı ilksovet-Vyetnam müştərək filmi üçün yazdığı “Vyetnam süitası” əsərinin premyerası keçirilib. Əsər dirijor Honna Tetsuinin rəhbərliyi ilə Vyetnam Milli Simfonik Orkestri və Hanoy Filarmonik Orkestri tərəfindən ifa edilib, sözügedən film nümayiş etdirilib.
Azərbaycan-Vyetnam dostluğu üçün böyük hadisə olan “Vyetnam süitası” əsərinin premyerasında Vyetnamın yüksəkvəzifəli şəxsləri, Hanoydakı diplomatik missiyaların rəhbərləri, musiqişünas-alimlər, digər yaradıcı şəxslər, gənclər iştirak ediblər. Vyetnamda indiyədək ifa edilməmiş əsərə böyük maraq nəzərə alınaraq, konsert Vyetnam Mərkəzi Televiziyası tərəfindən canlı yayımlanıb və lentə alınıb. Konsertdən əvvəl çıxış edən Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə dahi Qara Qarayevin həyat və yaradıcılığı haqqında danışaraq, bəstəkarın dünya musiqi xəzinəsinə böyük töhfələri haqqında məlumat verib. Bəstəkarın “Vyetnam süitası” əsərinin iki xalqın dostluğunun gücləndirilməsinə çox mühüm töhfə olduğu qeyd edilib, bu dostluğun əsasını qoyan Ümummilli Liderlər Heydər Əliyev və Ho Şi Minin yaradıcı insanlara və mədəniyyət sahəsinə göstərdiyi diqqətdən söz açılıb, bununla bağlı hazırlanmış təqdimat konsert iştirakçılarının diqqətinə təqdim edilib.Tədbirə hazırlıq prosesində Azərbaycanın Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və musiqişünas-alim Nigar Axundova dəstək göstərib. Konsertdə fəxri qonaq qismində Qazaxıstanın Xalq artisti, görkəmli musiqiçi Aiman Musahocayeva iştirak edib. Əjdər İbrahimov Vyetnam kinematoqrafiyasının formalaşdırılmasında böyük rola malikdir.Burada ancaq Yaponiya və Fransanın filmləri göstərilirdi. Ancaq indi Vyetnamın öz kinosu yaranırdı.Əjdər İbrahimov Vyetnamın əksər rayonlarını gəzib, bu xalqın onun adət-ənənələrini öyrənmişdi. Vyetnamın ilk peşəkar kinoaktyor və rejissorlarına diplomlarının təşkil olunmasında Əjdər İbrahimovun rolu böyükdür. Beləliklə, 1959-1962-ci illərdə Vyetnam Demokratik Respublikasında ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak edib.Əjdər İbrahimovun bədii rəhbərliyi ilə "İki Əsgər" , "Acgöz quş" , "Bir payız günündə " filmləri yaradılıb.O,həmçinin "Vyetnamda gördüklərim" , "Günəş ağlayır" ,"Döyüşən Vyetnamın kino sənəti" , "Tai qəbiləsindən olan qız" kitablarının müəllifidir.Azərbaycan SSR Xalq artisti, Azərbaycan SSR və Türkmənistan SSR Əməksar incəsənət adimi, SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb, “Qırmızı Əmək Bayrağı” , “Xalqlar Dostluğu” və "Şərəf nişanı" ordenləri ilə təltif edilib.
Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin
musiqi müəllimi Həmidə Fərzəliyeva