
Hər iki tərəfin dövlət başçılarının 2014 və 2015-ci illərdə qarşılıqlı rəsmi səfərləri münasibətləri yüksək səviyyəyə daşımışdır. Bu əlaqələr prioritet istiqamətlərdə - təhsil, neft sektoru və digər sahələri əhatə edir.
Bu əlaqələrin iqtisadi sahədən başqa, siyasi müstəvidə davam etdirilməsi hər iki tərəf üçün böyük uğurdur. Azərbaycan Respublikasının Vyetnamdakı səfirliyində 2024-cü ilin noyabrın 8-ində Zəfər günü ilə bağlı tədbir baş tutmuşdur. Burada Vyetnamın dövlət qurumu əməkdaşları ilə yanaşı, Türkiyə, Qazaxıstan, Pakistanın səfirləri və digər əməkdaşlar, azərbaycanlı vətəndaşlar iştirak etmişdir. Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası adından çıxış edən təşkilatın sədri Danq Te Vin və fəxri sədr Nquyen Vu Hai Azərbaycan xalqını 8 noyabr - Zəfər günü münasibətilə təbrik etmiş, Azərbaycan Rrspublikasının ərazi bütövlüyünün təmin edilməsində maneə olmuş münaqişəyə son qoyulması ilə bağlı danışıqlar aparılmışdı.
Neft sahəsi üzrə Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikasının iri neft şirkətləri olan SOCAR və "Binh Son Refinery and Petrochemical Company" arasında 2020-ci ildə beş milyon dəyərində xam neft almaq üçün müqavilə imzalanmışdır. Vyetnam neft şirkətinin xam neft üzərində tətbiq etdiyi idxal vergisini ləğv etməsindən sonra Azərbaycan xam neftinin həmin ildən etibarən şirkət üçün əhəmiyyətli xam neft məhsuluna çevriləcəyini qeyd etmişdir.
2025-ci il may ayının 7-də baş tutan rəsmi görüşdə dövlətlər arasında "Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat" qəbul edilmişdir. Dövlət başçıları- Aəzrbaycan Respublikasının prezidenti İlham Əliyev və Vyetnam Kommunist partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam görüş zamanı mətbuata birgə bəyanatla çıxış etmişlər. Görüş zamanı münasibətlərin inkişaf etdirilməsində perspektiv istiqamətlər müəyyənləşdirilib və hər iki tərəf üçün əlaqələrin davamlı olmasının önəmi vurğulanmışdır.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
tarix müəllimi Türkan İsmayılova