Tramp: Putinin istəyi budur, mən olmasaydım...

Tramp: Putinin istəyi budur, mən olmasaydım... Rusiyanın sülh danışıqlarında güzəşti bütün Ukraynanı ələ keçirməkdən imtina etməkdir.

Bunu ABŞ prezidenti Donald Tramp “NBC News”a müsahibəsində deyib.

"Çünki Rusiya bütün Ukraynanı istəyir. Mən müdaxilə etməsəydim, onlar indi bütün Ukrayna üçün döyüşəcəkdilər. Rusiyaya hazırda ələ keçirdiyi ərazilərə ehtiyacı yoxdur. Rusiya bütün Ukraynanı istəyir. Mən olmasaydım, davam edəcəkdilər", - Tramp bildirib.

Əlavə edib ki, Avropa liderləri ABŞ prezidentindən dəfələrlə Kreml lideri Putinə zəng etməyi xahiş ediblər, çünki onların zənglərinə cavab vermir.

Oxşar xəbərlər