
Bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalında Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqlarını şərh edərkən bildirib.
“Düşünürəm ki, gözəl söhbətimiz oldu, iki saata yaxın davam etdi. Çox şeylər haqqında danışdıq, sülh istədik. Rusiyanın üstünlüyü var. Bildiyiniz kimi, onlar 2,5 minə yaxın Ukrayna əsgərini mühasirəyə alıblar”, - deyə Tramp bildirib.
Qeyd edək ki, martın 18-də Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub. Söhbət zamanı Vladimir Putin Rusiya və Ukraynanın enerji obyektlərinə hücumlardan 30 günlük qarşılıqlı imtina ideyasını dəstəkləyib və hərbçilərə müvafiq göstəriş verib.