 Pentaqon hesab edir ki, Rusiya hərbi və iqtisadi sahədə Qərb ölkələri ilə uzunmüddətli qarşıdurmaya hazırlaşıb.
	  Pentaqon hesab edir ki, Rusiya hərbi və iqtisadi sahədə Qərb ölkələri ilə uzunmüddətli qarşıdurmaya hazırlaşıb.Bunu NATO-nun Avropadakı müttəfiq qüvvələrinin baş komandanı, amerikalı general Kristofer Kavoli deyib.
O bildirib ki, Rusiya rəhbərliyi bunun üçün ölkənin hərbi, iqtisadi və sosial strukturlarını yenidən qurub.
Kavolinin sözlərinə görə, Rusiya geosiyasi üstünlüklər əldə etməyə və NATO-nu onlardan məhrum etməyə çalışır. Generalın sözlərinə görə, Rusiya Federasiyası həm də regional və qlobal güc yaratmaq niyyətindədir.(axar.az)
 
             
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	