
Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində NATO-nun baş katibi Mark Rutte ilə görüşündə deyib.
“Bu, elektrik stansiyasına da aiddir. Çox böyük elektrik stansiyası. Elektrik stansiyasını kim alacaq? Bunu və ya bunu kim alacaq? Bu asan proses deyil", - Amerika lideri təfərrüatlara varmadan dyib.
ABŞ lideri həmçinin qeyd edib ki, Ukrayna tərəfi NATO-ya qoşulma mövzusuna toxunub. Tramp vurğulayıb ki, cavabın nə olduğunu hamı bilir və 40 ildir ki, cavabı bilir.
Tramp bildirib ki, Rusiya ilə münaqişənin sülh yolu ilə həlli üçün Ukrayna ilə ərazi güzəştləri müzakirə olunur. Eyni zamanda, Ağ Ev rəhbəri vurğulayıb ki, ilk növbədə Rusiya tərəfində atəşkəsə nail olmaq lazımdır.
Martın 13-də Rusiya Prezidenti Vladimir Putin də belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşdən sonra Rusiyanın atəşi dayandırmağa hazır olduğunu, lakin bu qərarın uzunmüddətli sülhə gətirib çıxaracağı şərti ilə bəyan edib.
Bundan əlavə, Rusiya lideri vurğulayıb ki, 30 günlük atəşkəs müddətində Ukrayna hakimiyyətinin hərəkətlərinə nəzarət yaratmaq lazımdır, çünki onlar bu vaxtdan ordunun yeni səfərbərliyi və yenidən silahlanması üçün istifadə edə bilərlər.(publika.az)