HTŞ lideri Colani İbrahin Kalına sürücülük etdi - Video

HTŞ lideri Colani İbrahin Kalına sürücülük etdi - Video "Heyət Təhrir əl-Şam" (HTŞ) lideri Əbu Muhammed Colani kimi tanınan Əhməd Hüseyn əl Şara Dəməşqə gedən Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalının xidməti avtomobilini idarə etməklə ona sürücülük edib.

Colaninin İbrahim Kalına sürücülük etməsi kameralara düşüb.

MİT sədri İbrahim Kalın Suriya səfəri çərçivəsində Dəməşqdə ilk olaraq Əməvi məscidində namaz qılıb.

MİT rəhbəri İbrahim Kalının Əməvi məscidinə səfəri zamanı Suriyalı müxalifət lideri Məhəmməd Colaninin rəsmi avtomobili sürdüyü görüntülər bomba kimi gündəmə gəlib.

İbrahim Kalın səfər çərçivəsində HTŞ lideri Əbu Məhəmməd Colani kimi tanınan Əhməd Hüseyn əl-Şara və müvəqqəti hökumətin baş naziri Məhəmməd Əl-Bəşirlə görüşüb.


Oxşar xəbərlər