İbrahim Kalın: Ukrayna müharibəsinin nəticələri onilliklərlə davam edəcək

İbrahim Kalın: Ukrayna müharibəsinin nəticələri onilliklərlə davam edəcək Biz soyuq müharibənin yeni dövrünə qədəm qoyduq.

Bu barədə Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın “Twitter” səhifəsində yazıb.

“Ukrayna böhranı dərinləşməkdə davam edir. Qarşılıqlı səhvlər, yeni qüvvələr balansının axtarışı və maraqların qısamüddətli hesablamaları orta müddətli perspektivdə böyük strateji itkilərə və insan dramlarına gətirib çıxaracaq. Biz soyuq müharibənin yeni dövrünə qədəm qoyduq. Bu müharibənin nəticələri onilliklərlə davam edəcək”.

O əlavə edib ki, nəticədə ərzaq və enerji təhlükəsizliyindən tutmuş geosiyasi dinamika və regional ittifaqlara qədər bütün sahələrdə yeni tarazlıqlar yaranacaq.

"Türkiyə bu kritik dövrə sülh, sabitlik, təhlükəsizlik və ədalət gətirmək üçün balanslı mövqeyini qoruyacaq və çoxşaxəli təşəbbüslərini davam etdirəcək”- İbrahim Kalın qeyd edib.

Oxşar xəbərlər