Duqindən Türkiyəyə "savaş" mesajı: Oranı türklərdən təmizləmişik

Duqindən Türkiyəyə "Tarixdə Ukrayna adlı dövlət olmayıb. Bu torpaqlar Rusiya İmperiyası ilə Osmanlı İmperiyası arasında mübarizə ərazisi olub".

Bunu rusiyalı politoloq və ideoloq Aleksandr Duqin deyib.

Duqinin fikrincə, Rusiya-Ukrayna münaqişələrini sırf regional miqyasda azaltmaq mümkün deyil, bu, daha çox geosiyasi məsələdir və ya daha geniş miqyasda nəzərdən keçirilməlidir, çünki əslində, Ukrayna millətinin kimliyi çox yeni və sünidir.
O əlavə edib ki, tarixdə heç vaxt Ukrayna kimi bir şey olmayıb: "Bu, sadəcə olaraq, Rusiya imperiyası ilə Polşa və Avstriya arasında mübahisəli ərazi, Qərb və Şərq sivilizasiyaları arasında sərhəddir. Siyasi baxımdan Ukrayna ilk olaraq türklərdən azad edildi və bu, Novorossiya və ya Şərqi Ukrayna adlanan bölgə idi.

Bu, hansısa xəyali Ukrayna dövlətinə deyil, Osmanlı İmperiyasına aiddir. Bu, iki imperiyanın, yəni Rusiya İmperiyası və Osmanlı İmperiyası arasında müəyyən sərhəd əraziləri uğrunda mübarizəsi idi. Ukrayna mövcud olmadığı üçün bu ssenaridə yer almayıb. Ukraynanın qərb hissəsi də eyni xalq, eyni mədəniyyət və eyni din, yəni pravoslav idi, lakin qərb hissəsi monqol istilasından sonra Litva və Polşanın, sonra isə qismən Avstriyanın təsiri altında idi".
O əlavə edib ki, ruslar ukraynalılarla eyni ağacın kökləriyik.

Oxşar xəbərlər