Münbiç terrorçu PKK/YPG-dən təmizlənərək nəzarətə götürülüb

Münbiç terrorçu PKK/YPG-dən təmizlənərək nəzarətə götürülüb Azad Suriya Ordusu (ASO) ABŞ-nin dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Münbiçi azad edərək Fərat çayının qərbindəki ən böyük terror yuvasını təmizləyib.

Əməliyyat çərçivəsində Azad Suriya Ordusu Münbiç şəhərinin qərbindəki Ureyme qəsəbəsi və şimaldakı Um Dadat kəndini terrordan təmizləyərək, şimal və qərb xəttindən rayona daxil olaraq rayonu nəzarətə götürüb. Beləliklə, Əsəd rejiminə hərbi müxaliflər Fərat çayının qərbindəki ən böyük terrorçu yuvasını xilas ediblər.

Münbiç Fərat çayının qərbindəki ən böyük terror yuvası olub.

Hazırda nəzarətə götürülən ərazidə mina və tələlərə qarşı axtarış-yoxlama tədbirləri həyata keçirilir.

Oxşar xəbərlər