
Ehtimal olunur ki, terror aktını törədən “canlı bomba” İŞİD terror təşkilatının kamikadzelərindən olub. Çünki bu hadisə artıq son neçə gündə dəfələrlə təkrarlanır. Təkcə bu ilin 2 ayı ərzində İŞİD İraqda 100-dən çox terror aktını törədib.
Qeyd edək ki, 2014-cü ildə İŞİD terror təşkilatı Bağdad yaxınlığındakı Kubaisanı ələ keçirib, əl-Anbar və Fəllucanı mühasirəyə alıb. Elə həmin ildə İŞİD terror təşkilatı Fəllucədə özünü dövlət kimi elan edib. 2014-cü ilin ortalarından başlayaraq Hələbdə Azad Suriya Ordusu İŞİD-ə qarşı birlikdə bir hücum başlayıb.