Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2023-cü ilin iyulun 31-də verdiyi sərəncam əsasında işğaldan azad olunmuş hər bir regionumuzun müvafiq günlərə uyğun qeyd olunması Qələbəni unudulmaz edir. Bu günlərdən ən başlıcası qələbənin simvolu olan Şuşanın azad olunduğu 8 noyabr günü xüsusilə diqqət çəkir.
2020-ci il 8 noyabrda xalq səbirsizliklə zəfər xəbərinin səsləndirilməsini gözləyirdi, yalnız cənab İlham Əliyevin xalqa müraciətindən sonra bütün Azərbaycanlıların qəlbi məğrurluq və vüqar hissi ilə dolub-daşdı. Şübhəsiz, yalnız həmin günü deyil, 44 günlük Vətən müharibəsinin ümumi gedişatında xalqın liderimizə etimadı özünü göstərmiş oldu.
Belə ki, sosial şəbəkələrdə yayılan dezinformasiyalara qarşı mübarizə zamanı sivil vətəndaşların milli mövqedən iştirak etməsi bir an belə şübhəyə düşmədiklərini sübut edirdi. Digər tərəfdən xarici dövlətlərin jurnalistləri ilə müsahibədə prezidentimiz İlham Əliyevin məqsədi, baş verən hadisələri dürüst çatdırması və onların suallarındakı niyyəti anlayaraq çevik zəkası ilə uyğun cavabları verməsi millətin düzgün seçiminin uğuru idi. Müharibənin sonlarına doğru həmin ilin oktyabrın 31-də baş tutan Almaniyanın ARD televiziya kanalındakı müsahibəsində Qarabağın önəmini barədə soruşulanda onu Elzas, Lotarangiya, Bavariya ilə müqayisə edərək tarixi mövqedən yanaşmışdı. Bu birlikdə digər əsas yeri tutan rəşadətli ordumuz olmuşdur. Ordumuzun əldə etdiyi bu qələbə vaxtilə I Qarabağ müharibəsinin, Aprel döyüşlərinin və Vətən müharibəsinin şəhidlərinin və qazilərinin başladığı bu mübarizəyə atılmış imza idi. Orumuz ilə bağlı xüsusi iki məqamı vurğulamaq lazımdır ki, bunlardan birincisi yarımsəfərbərlik elan edildikdən sonra on minlərlə vətəndaşın tərəddüd etmədən ordu sıralarına yazılmaq üçün müraciəti idi. Digəri isə döyüş zamanı onlardan heç birinin fərarilik etməməsi idi. Əlbəttə ki, bu lider-xalq-ordu üçlüyü ilə yanaşı ikinci dərəcəli amillər də müharibənin gedişatına təsir göstərmişdir. Lakin həmin ikinci dərəcəli amillər – beynəlxalq nüfuz, xarici ölkələrin dəstəyi, hərbi sistemdə yeni texnologiyalardan istifadə edilməsi, düzgün hərbi strategiyanın tətbiqi isə məhz liderimiz İlham Əliyevin adı ilə bağlıdır. Həlledici məqamlarda verdiyi qərarlar bu gün bizim Zəfər haqqında danışa bilməyizə gətirib çıxarmışdır. Bu zəfər düzgün seçim etmiş xalqın zəfəridir, bu zəfər məğrur ordumuzun zəfəridir, bu zəfər milli fəxrimiz Azərbaycanın lideri İlham Əliyevin zəfəridir.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
tarix müəllimi Türkan İsmayılova